Muəllif:

Azərin ünlü sənətçilərlə bir səhnədə idi

Türkiyənin «Samanyolu» yayım qrupunun 20-ci ildönümü münasibətilə İstanbul Konqress Mərkəzində «Fətullah Gülənin mahnıları» adlı irimiqyaslı konsert proqramı keçirildi. Canlı yayımla təqdim olunan konsert proqramında Türkiyənin məşhur türk sənət musiqiçiləri, mahnı ifaçıları ilə yanaşı Azərbaycandan Azərin də iştirak etdi. Gecədə tanınmış sənətçilərdən Müəzzez Ersoy da canlı ifa etmişdir.
Azərin 60 nəfərlik Simfonik Orkestrin müşayyətilə Fətullah Gülənin məşhur mahnılarından bir neçəsini ifa etdi. Türk ölkələrində milyonlarca soydaşımızın maraqla izlədiyi, bu ölkələrdən olan aydınların, sənət adamlarının, səfirlərinin qatıldığı bu gecədə Azərinin də səhnədə yer alması bizlərə də xoş idi.

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 145