Muəllif:

Azərbaycanlılardan rəsmən üzr istədi

«İşlətdiyim ifadəni bütün azərbaycanlılar və gürcülərə şamil etməmişəm, amma istənilən halda bütün azərbaycanlılardan üzr istəyirəm». Ukrayna Ali Radasının deputatı Fyodor Neqoy dünən mətbuat konfransı keçirərək rəsmən azərbaycanlılardan üzr istəyib. Bu barədə APA-ya Ukrayna Azərbaycanlıları Konqresindən (UAK) məlumat verilib.
UAK-ın rəhbəri Rövşən Tağıyevin sözlərinə görə, Fyodr Neqoy mətbuat konfransında yerli jurnalistlərə bildirib ki, onun bir müddət əvvəl Xersonda etdiyi çıxışı bəzi qüvvələr tərəfindən təhrif olunub: «Mən o çıxışımda işlətdiyim ifadəni bütün azərbaycanlılar və gürcülər haqqında işlətməmişəm, Ukraynadakı bəzi dələduzları tənqid etmişəm. Amma buna baxmayaraq, istənilən halda bütün azərbaycanlılardan üzr istəyirəm».
Qeyd edək ki, bu ayın əvvəlində Ali Radaya Xerson vilayətindən deputat seçilən Fyodr Neqoy çıxışlarının birində azərbaycanlıları və gürcüləri təhqir edərək bu xalqların nümayəndələrinin ölkədən qovulmasını tələb edib. O, Ukraynada fəaliyyət göstərən azərbaycanlıları ölkə üçün xərçəng yarası adlandırıb. Deputatın qalmaqallı çıxışından sonra məsələ ilə bağlı UAK dərhal müvafiq yerli və beynəlxalq təşkilatlara müraciət ünvanlayıb və yerli dövlət qurumlarından deputatın təhqiramiz çıxışı ilə bağlı ölçü götürülməsini tələb edib.
Rövşən Tağıyev bildirib ki, bu müraciətlərdən sonra Fyodr Neqoy telefon vasitəsilə UAK-a zəng edib üzr istəsə də, ondan rəsmən yerli mətbuat qarşısında üzr istəmək tələb olunub. Bütün bunların nəticəsi olaraq ukraynalı deputat dünən yerli mətbuat qarşısına çıxaraq azərbaycanlılardan üzr istəyib.
Bu son dərəcə diqqəti çəkən və ibrət götürüləsi situasiyadır. İlk öncə — bizim özümüz üçün. Bu gün bizim soydaşlarımız və dostlarımız bütün ölkələrdə var, təşkilatlanmışıq və say kifayət qədərdir. Bütün ölkələrdə parlament və hökumət səviyyəsində, yaxud mediada rəqiblərimiz tərəfindən ölkəmizə və xalqımıza qarşı hədyanlara hələ də yer verildiyi ilə rastlaşmalı oluruq. Hər dəfə bu şəkildə — demokratik bir biçimdə onların üstünə getmək və yerlərində oturtmaq lazımdır və indiki hal — yaxşı örnəkdir.

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 160