Muəllif:

Araz Əzimov həmsədrləri utandırmaq istədi

Xocalı aeroportunun açılması məsələsində Minsk Qrupunun həmsədrləri utancverici mövqe tuturlar. APA-nın məlumatına görə, bunu Azərbaycan xarici işlər nazirinin müavini Araz Əzimov deyib. Əzimov bu məsələ ilə bağlı Minsk Qrupuna ciddi irad tutub:
“Onlar anlamalıdırlar ki, Ermənistan bu cür təhrikçi addımı atsa, böyük böhran yarana bilər. Minsk Qrupu bilməlidir ki, Azərbaycan bu qeyri-qanuni aktı heç vaxt bağışlamayacaq və susmayacaq”.
Nazir müavinini qeyd edib ki, həmsədrlər bir çox halda lazım olan prinsipiallığı göstərməyiblər. Doğrudan da, həmsədrlər Xocalı aeroportunun açılması məsələsində bir qayda olaraq ikibaşlı danışır, konkret mövqe bildirməkdən yayınırlar.
Ermənistanın danışıqlar prosesindən qaçmasının prezident seçkiləri ilə bağlılığı barədə sualı cavablandıran A. Əzimov bildirib ki, seçkilər hər 5 ildən bir keçirilir, odur ki, Ermənistanın bu addımını seçkilərlə izah etmək olmaz: “Məsələ ondadır ki, Ermənistan rəhbərliyi məsələnin həllində, ümumiyyətlə, maraqlı deyil”.

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 411