Muəllif:

Amerikanın adamı Bakıda

 

Bakıda səfərdə olan ABŞ dövlət katibinin demokratiya, insan hüquqları və əmək məsələləri üzrə köməkçisi Tomas Melia dekabrın 10-11-də Azərbaycan vətəndaş cəmiyyəti nümayəndələri ilə iki görüş keçirib.

Görüşlərin mövzusu demokratiya və insan hüquqları, söz azadlığı və qanunun aliliyi məsələləri olub.

Görüşdə Azərbaycanda siyasi vəziyyətdə təmayüllər, ölkə qarşısında duran problemlər və təhlükələr haqqında fikir mübadiləsi aparılıb.

Gələn il keçiriləcək prezident seçkiləri, vətəndaş cəmiyyətinin rolu və yeri, siyasi proseslərdə iştirakı məsələləri qaldırılıb.

Bağlanmaq təhlükəsi ilə qarşı-qarşıya olan “Azadlıq” qəzetinin problemləri məsələsinə ayrıca diqqət yetirilib.

Vətəndaş cəmiyyəti nümayəndələri mənfi təmayüllər və söz və ifadə azadlığına təzyiqin davam etməsi ilə əlaqədar narahatlıqlarını bildiriblər. Bu barədə «Turan» xəbər verir.

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 100