Azəri qızı Günel haqqında biabırçı açıqlamalar
|
İş adamı Rza Zərrab gizli məqamları ortaya qoydu
Şənbə, 23.01.2010
(səhifə )
|
|
.Rza Zərrab Günelin atasına çevrilərək, onların bu gün yaşadığı evin kirayəsini, digər xərclərini belə ödədiyini bildirib. O, Günelin hazırda sürdüyü avtomobilin belə ona aid olduğunu qeyd edib və bununla bağlı sənədləri ortaya qoyub:
"Məni üzən Günelin o avtomobilin atasına aid olduğunu söyləməsi yox, mənim avtomobilimdən istifadə edərkən haqqımda bu qədər yalan və pis danışmasıdır. Artıq bizdən əl çəksin". "Məni aldatdığı üçün ondan ayrıldım" Rza Zərrab Güneldən ayrılmasının əsasında onun xəyanətinin durduğunu da ilk dəfə açıqlayıb: "Məndən əvvəl Günel Ramin adlı bir nəfərlə 3 il sevgili olub. Ramin Günellə sevgili olduğu zaman Ulduz adlı bir qızın hamilə qalmasına səbəb olub. Ramin Ulduzla evlənmək məcburiyyətində qalıb və Güneldən ayrılıb. Günellə münasibətlərimizin 4-cü ilində bir restoranda idik. Anası da orada idi. Mən həmin vaxtlar Dubayda yaşayır, Günel üçün arada İstanbula gəlirdim. Restoranda oturarkən birdən onun telefonuna SMS gəldi, qəfil telefonu açdım. Telefonda "Aşkım, səni seviyorum" məzmunlu mesaj vardı. Mesajı göndərən Günelin məndən əvvəlki sevgilisi idi. Dərhal Ramini aradım və telefonun səsini ucaltdım". Rza Zərrab bildirib ki, Ramin ona bir ay əvvəl Günel üzündən həyat yoldaşı Ulduzdan boşandığını söyləyib: "Ramin dedi ki, Günel mütəmadi onu arayaraq, sevdiyini dilə gətirib və həyat yoldaşı da bunu öyrəndiyi üçün 1 ay əvvəl boşanıb. Günel bütün bunlara bir cavab vermədi.
Mən sonradan Ulduzu Azərbaycanda tapdım və bunun həqiqət olduğunu öyrəndim. Mən Günelin bu səhvini əfv etdim". Rza Zərrab Güneldən ayrılmasının da günahkarının elə onun özü olduğunu vurğulayıb: "Günel son zamanlar davamlı olaraq evdə məndən ayrılacağını söyləyirdi. Bir gün MSN qeydlərinə baxdım. Bir başqasına da məndən ayrılacağını yazırdı. Nədən bir qız başqa bir kişiyə eyni evdə yaşadığı sevgilisindən ayrılacağını və bütün baş verənləri anladır. Yazışma qeydlərini Günelin atasının qarşısına qoydum . Bu mənim üçün son nöqtə idi". "Ebrunun övladımın anası olması üçün hər şey edərəm" O, Güneldən ayrıldıqdan sonra Ebru Gündeşlə birgə olduqlarını deyib: "Hər qadın Ebru Gündeşdən dərs almalıdır. Uşağımın anası olması üçün ona hər şeyimi verərəm. Etiraf edirəm, Günellə olduğum dövrdə onu çox aldatdım, amma hər dəfə 1 həftə sonra üzülərək geri qayıtdım. Günel indi mənim ondan ayrılmağımı qəbul edə bilmir və buna görə də Ebru Gündeşlə aramı pozmaq istəyir. Bir dəfə azərbaycanlı bir dostumun toyunda olarkən Günelin atası məni aradı, şam yeməyinə çağırdı. Dedim ki, qızın oyun oynayır, mənə zəmanət verdi. Yemək yediyimiz zaman Günel gizlicə mənim telefonumdan Ebru Gündeşə mesajlar yazıb: "Ebru, mən Günelə çox aşiqəm, bu iş bitib, məni arama" və s. Rza Zərrab otaqda Günelə onun telefonunu verən, bu əməlinə görə oteldə işindən qovulan qızı da çağırır. Qız ona Günelin 500 dollar verdiyini və buna görə Rzanın telefonunu bir müddət Günelə verdiyini təsdiqləyir. Günelin atası jurnalisti ölümlə hədələyir Rəhman Zeynalov isə həmin vaxt otaqda jurnalisti təhdid edir: "Mənim qızım haqqında verilən bu açıqlamalardan tək bir kəlməni yazanın başına bir güllə vuraram, səni öldürrəm". Jurnalistin bu təhdiddən çəkinmədiyini gördükdən sonra Rəhman Zeynalov ofisdən çıxır. Rza Zərrabın anası: "Ebru Gündeş bizim qızımızdır" Jurnalistin Rza Zərrabın anasının Ebru Gündeşi qəbul etmədiyi ilə bağlı sualı da cavablandırılır. Rza Zərrab anasına telefon edib. Anası isə Ebru Gündeşi deyil, Güneli ailəsinin qəbul etmədiyini, bu səbəbdən 3 il övladları ilə küsülü qaldıqlarını bildirib və Ebrunu qızları kimi qəbul etdiklərini dilə gətirib. Sonda Rza Zərrab Güneli ifşa etmək üçün göstərdiyi sənədləri Ebru Gündeşə göstərmədiyini, eyni zamanda, Ebrunun bu kimi şeylərlə maraqlanmadığını bildirib..
|
|
|
Oxşar xəbərlər:
Azərbaycanlı sevgilisi Ebru Gündəşə qadağa qoyub
Mərahim Fərzəlibəyov: - Yeni tamaşalar sarıdan ciddi planlarımız var
Aysel Teymurzadə dünyaca məşhur "Warner Music" şirkəti ilə müqavilə imzalayıb
Pentaqon strateji sənədlərin tezliklə qəbulunu istəyir
Azəri qızı Günel teleaparıcı oldu
|
|
|